Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) mitinq keçirilməsi üçün Milli Şuraya müraciət edib.
Bu barədə "Report"a AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat verib. O bildirib ki, partiyanın Rəyasət Heyəti manatın məzənnəsinin ucuzlaşması ilə bağlı başlanan bahalaşmaya etiraz olaraq mitinq keçirilməsini məqsədəuyğun sayıb: "Yəqin ki, Milli Şura bu həftə qərar verəcək".