ATƏT DTİHB-nin missiya rəhbəri Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə edir

ATƏT DTİHB-nin missiya rəhbəri Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə edir Korien Yonker məntəqədə yaradılmış şəraitlə, səsvermənin gedişi ilə tanış olub
Daxili siyasət
11 Aprel , 2018 10:42
ATƏT DTİHB-nin missiya rəhbəri Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə edir
Report/ Firi Salim

Bakı. 11 aprel. REPORT.AZ/ ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müşahidə missiyasının rəhbəri Korien Yonker Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə edir.

"Report" xəbər verir ki, K.Yonker Bakıda 23 saylı orta məktəbdə yerləşən seçki məntəqəsini ziyarət edib. O, məntəqədə yaradılmış şəraitlə, səsvermənin gedişi ilə tanış olub.

O, Bakıda bir sıra digər seçki məntəqələrində də müşahidələr aparacaq.

Xatırladaq ki, ATƏT DTİHB-nin müşahidə missiyasının tərkibinə 28 uzunmüddətli və 220 qısamüddətli müşahidəçi daxildir.

Son xəbərlər

Orphus sistemi