“Ajara PS” qəzetində 20 Yanvar faciəsindən bəhs edən məqalə dərc olunub

“Ajara PS” qəzetində 20 Yanvar faciəsindən bəhs edən məqalə dərc olunub Məqalədə Azərbaycan xalqının həmin gecə totalitar sovet rejimi tərəfindən amansız qətliama məruz qaldığı vurğulanıb
Daxili siyasət
19 Yanvar , 2017 18:39
“Ajara PS” qəzetində 20 Yanvar faciəsindən bəhs edən məqalə dərc olunub

Batumi. 19 yanvar. REPORT.AZ/ Batumidə geniş oxucu kütləsinə malik olan “Ajara PS” qəzetində 20 Yanvar faciəsindən bəhs edən məqaləsi dərc edilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, Azərbaycanın Batumidəki baş konsulu Rəşad İsmayılovun müəllif olduğu məqalədə 1990-cı ilin 20 Yanvarı Azərbaycan üçün qanlı faciə olmaqla yanaşı, həm də xalqımızın tarixində şərəf səhifəsi olduğu vurğulanır. Bildirilir ki, ərazisini erməni təcavüzündən qorumaq və azadlıq uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqı həmin gecə totalitar sovet rejimi tərəfindən amansız qətliama məruz qalıb.

Müəllif, xalqımızın ümummilli lideri Heydər Əliyevin bütün təhlükə və təzyiqlərə baxmayaraq Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək sovet rəhbərliyinə qarşı açıq etiraz etdiyini bildirib.

Məqalədə ulu öndərin faciə ilə əlaqədar xalqımıza başsağlığı verməsi, faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etməsi, hərbçilərin dinc əhaliyə divan tutmasına və bütöv bir xalqa qarşı edilmiş tarixi cinayətə qarşı kəskin münasibət bildirməsi xüsusi vurğulanıb. Qeyd edilib ki, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət də yalnız ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra mümkün olub.

Son xəbərlər

Orphus sistemi