Yuxarı

Ağdama yeni polis rəisi təyin olunub

Ağdama yeni polis rəisi təyin olunub

Bakı. 3 noyabr. REPORT.AZ/ Daxili işlər orqanlarında yeni təyinat olub. 

“Report”un məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, İsmayıllı rayon Polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Pərviz İsmayılov tutduğu vəzifədən azad edilərək Ağdam rayon Polis şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Ağdamın polis rəisi Elçin Qasımov tutduğu vəzifədən azad edilərək Tərtər rayon Polis şöbəsinin rəisi təyin edilib.

Hafiz Heydərov

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi