Yuxarı

20 Yanvar faciəsinin 29-cu ildönümü Abşeronda qeyd olunub

​20 Yanvar faciəsinin 29-cu ildönümü Abşeronda qeyd olunub

Abşeron. 20 yanvar. REPORT.AZ/ Xırdalan səhərində 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibəti ilə hadisə qurbanları yad edilib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

"Report"un Sumqayıt-Abşeron bürosunun verdiyi məlumata görə, şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksinin qarşısında keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayon hüquq-mühafizə orqanlarının və icra strukturlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, 20 Yanvar şəhidlərinin ailələri, faciədə əlil olmuş şəxslər, müəllim və şagirdlər iştirak ediblər.

Anım mərasimində Azərbaycan xalqına qarşı həyata keçirilən vəhşi terror aktı haqqında məlumat verilib. Bildirilib ki, kütləvi terror nəticəsində yüzlərlə günahsız insan qətlə yetirilib və yaralanıb.

Mərasimdən sonra rayon ictimaiyyətinin nümayəndələri "Şəhidlər" abidə kompleksi önünə tər çiçəklər düzüblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi