Gənclər və İdman Nazirliyi Gənclər Günü ilə əlaqədar müsabiqə elan edib

Gənclər və İdman Nazirliyi Gənclər Günü ilə əlaqədar müsabiqə elan edib Gənclər və İdman Nazirliyi 2 fevral - Azərbaycan Gəncləri Günü ilə əlaqədar loqotipin hazırlanması üçün müsabiqə elan edib.
Daxili siyasət
13 Yanvar , 2020 14:43
Gənclər və İdman Nazirliyi Gənclər Günü ilə əlaqədar müsabiqə elan edib

Gənclər və İdman Nazirliyi 2 fevral - Azərbaycan Gəncləri Günü ilə əlaqədar loqotipin hazırlanması üçün müsabiqə elan edib. 

Nazirliyin mətbuat katibi Səmayə Məmmədovanın "Report"a verdiyi məlumata görə, müsabiqədə dizaynerlər və rəssamlarla yanaşı, yaradıcı gənclər də iştirak edə bilər. Təkliflər fevralın 18-dək qəbul olunacaq. 

İşlər jpg və cdr formatında [email protected] elektron ünvanına “Loqo 2020” başlığı ilə göndərilməlidir.

Qeyd edək ki, loqotipin qalibinə 1000 manat pul mükafatı və diplom təqdim ediləcək. Loqotip məhz 02.02.2020 tarixini əks etdirməlidir. 

Son xəbərlər

Orphus sistemi