Sabah Bakıda 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı işə başlayır

Sabah Bakıda 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı işə başlayır Bakı. 3 dekabr. REPORT.AZ/ Sabahdan başlayaraq dekabrın 7-nə qədər Bakı Ekspo Mərkəzində 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı (“Bakutel-2018”) keçiriləcək.
Sərgilər
3 Dekabr , 2018 11:26
Sabah Bakıda 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı işə başlayır
0 : 00
0 : 00

Bakı. 3 dekabr. REPORT.AZ/ Sabahdan başlayaraq dekabrın 7-nə qədər Bakı Ekspo Mərkəzində 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı (“Bakutel-2018”) keçiriləcək.

“Report” xəbər verir ki, bu gün bununla bağlı mətbuat konfransı keçirilib.

Tədbirdə çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, “Bakutel 2018” sərgisi təmsil etdiyi qurumun, eləcə də Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU), Regional Rabitə Birliyinin (RRB), İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti, baş sponsoru qismində isə “Azercell Telecom” MMC çıxış edir.

Bu il sərgi dünyanın 20 ölkəsini təmsil edən 200-dən artıq şirkətin iştirakı gözlənilir. İştirakçıların arasında İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları, tanınmış brendlərin distributorları və gənc ixtiraçılar. “Bakutel 2018” sərgisi ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, İran, Fransa, Türkiyə, Sloveniya, Xorvatiya kimi ölkələrin milli stendlərini nümayiş etdirəcək. Sərgi bu il bir real innovasiya festivalı təqdim edəcək. Sərgidə banklar üçün yeni nəsil IT həlləri, şəhər nəqliyyatı, pərakəndə satış, “Ağıllı Şəhər” (Smart City) sistemləri, 4G-5G mobil texnologiyalar, optik lifli texnologiya və “bulud” texnologiyaları üzrə xidmətlər təklif olunacaq. Hər il iştirakçıların siyahısı yeni şirkətlərlə öz ekspozisiyasını genişləndirir.

Sərgidə turizm, ekologiya, qonaqpərvərlik, mühasibatlıq və s. kimi müxtəlif fəaliyyət istiqamətləri üzrə yeni ideyalarını təqdim edəcən 100-ə yaxın azərbaycanlı startapçılar təqdim olunacaq. İnkişafın təsirli bir hissəsi virtual və genişlənmiş reallıq texnologiyalarının tətbiqinə əsaslanır. Sərginin yeni istiqaməti kimi kiçik və orta müəssisələrin, özəl texnologiya ixtiraçılarının biznesinin inkişafına və əyləncədən tutmuş neft sahəsi üzrə olan bütün məsələlərinin həllinə yönlənərək, onları özünə cəlb etməkdir. Bu istiqamət KOBİA-nın dəstəyi ilə reallaşdırılır. Sərginin dörd iş günü ərzində dolğun və çoxtərəfli işgüzar tədbirlər proqramı keçiriləcək. Tədbirdə müxtəlif konfrans və görüşlərin keçirilməsi planlaşdırılır. Həmçinin “Bakutel” sərgisi çərçivəsində “B2B” formatlı görüşlər də təşkil olunacaq. İşgüzar görüşlər və danışıqlarla yanaşı, sərginin bütün ziyarətçi və iştirakçılarını xoş sürprizlər, eləcə də müsabiqə və viktorinalar gözləyir. " Caspian Event Organizers " şirkətinin direktoru Edvard Stron bildirib ki, ilk dəfə olaraq “Bakutel” sərgisində alman alimlərinin ixtirası olan ultra-modern texnologiyası əsaslı “Robokiper” təqdim olunacaq:" “Robokiper” - dünyanın ən sürətli qapıçısı hesab edilir. “Bakutel 2018” sərgisinin zirayətçiləri və qonaqları “Robokiper”-ə qol vurmaqda özlərini sınaya biləcəklər. Oyun iştirakçılarına vurduqları hər bir qola görə “Azercell” şirkəti tərəfindən müxtəlif hədiyyələr və “Aloff” firması tərəfindən futbol topu təqdim ediləcək. “Bakutel” sərgisi hər kəsə ən yaxşı nailiyyətlər və texnologiyaların qəbul edilməsi, yeni tərəfdaşlar və investorların tapılması, eləcə də biznesin inkişafı üzrə səmərəli həll yollarını təqdim edəcək".

Son xəbərlər

Orphus sistemi