Bakı. 2 mart. REPORT.AZ/ Bakı İdman Sarayında “Hindistanın ən yaxşıları” adlı sərgi keçiriləcək.
Bu barədə "Report"a Hindistanın Azərbaycandakı səfirliyindən bildirilib.
Tədbir martın 7-də başlayacaq və 17-dək davam edəcək.
Hindistanın PHD
Sərgi Hindistan və Azərbaycan arasında mövcud olan qarşılıqlı biznes əməkdaşlığı çərçivəsində həyata keçirilir və Hindistan Höküməti Ticarət və Sənaye Nazirliyi tərəfindən dəstəklənir.
Biznes və ticarətdən əlavə tədbir həmçinin, mədəni tədbirlər, yemək və Bollivud festivalı və s. vasitəsilə “Hindistanın ən yaxşıları” sərgisinə öz töhfəsini verməklə zəngin Hindistan mədəni irsini əks etdirməyə çalışacaq.
Sərgiyə giriş sərbəstdir.