Azərbaycan şərabları Tbilisidə keçirilən beynəlxalq müsabiqədə təqdim olunub

Azərbaycan şərabları Tbilisidə keçirilən beynəlxalq müsabiqədə təqdim olunub Tbilisi. 8 noyabr. REPORT.AZ/ Tbilisidə “Gürcüstan şərabın vətənidir” adlı Avrasiya şərab və alkoqollu içkilərin beynəlxalq dequstasiya müsabiqəsi keçirilir.
Sərgilər
8 Noyabr , 2018 19:57
Azərbaycan şərabları Tbilisidə keçirilən beynəlxalq müsabiqədə təqdim olunub

Tbilisi. 8 noyabr. REPORT.AZ/ Tbilisidə “Gürcüstan şərabın vətənidir” adlı Avrasiya şərab və alkoqollu içkilərin beynəlxalq dequstasiya müsabiqəsi keçirilir.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, tədbir Beynəlxalq Üzüm və Şərab Təşkilatının (OIV) patronajlığı altında Gürcüstanın Enoloqlar Birliyi, Milli Şərab Agentliyi və Gürcü Şərabı Assosiasiyası tərəfindən təşkil olunub.

Müsabiqənin məqsədi şərabçılıq məhsullarının keyfiyyət potensialını nümayiş etdirmək və onların dünya bazarlarına çıxmasına dəstək verməkdir.

Müsabiqədə Gürcüstan, Azərbaycan, Ermənistan, Macarıstan, İtaliya, Rumıniya, Moldova, Slovakiya, Rusiya, Çexiya, Ukrayna və Belarusdan 78 şərab və alkoqollu içki istehsalçısı iştirak edir.

Tədbirdə dünyaca məşhur dequstatorlar və şərab mövzusunda yazan əcnəbi jurnalistlər iştirak edirlər.

Müsabiqənin münsiflər heyətinə OIV-in baş direktoru Jan-Mari Oranla yanaşı, Gürcüstan və bir sıra xarici ölkələrin şərab üzrə tanınmış ekspertləri daxildir. Azərbaycanı münsiflər heyətində “Gəncə Şərab 2” ASC-nin İdarə Heyətinin sədr müavini, baş mühəndis-texnoloq Elbrus Əhmədov təmsil edir.

Müsabiqəyə təqdim olunmuş şərab və alkoqollu içkilər 5 kateqoriya üzrə qalib seçiləcək. Qaliblər noyabrın 9-da elan olunacaq.

Yarışmanın nəticələri hər il 100 ən yaxşı şərab və alkoqollu içkiləri elan edən ABŞ-ın “Wine Spectator” jurnalına təqdim olunacaq. 

Son xəbərlər

Orphus sistemi