Zakir İbrahimov: "AzerGold" civənin utilizasiyasında daha mürəkkəb yolu seçib"

Zakir İbrahimov: "AzerGold" civənin utilizasiyasında daha mürəkkəb yolu seçib" Ötən il istehsalat nəticəsində formalaşan civənin ətraf mühitə və insan sağlamlığına zərər vurmadan utilizasiya edilməsi istiqamətində zəruri addımlar atılıb.
Sənaye
24 Fevral , 2020 13:11
Zakir İbrahimov: AzerGold civənin utilizasiyasında daha mürəkkəb yolu seçib
Report / Elchin Murad

"Ötən il istehsalat nəticəsində formalaşan civənin ətraf mühitə və insan sağlamlığına zərər vurmadan utilizasiya edilməsi istiqamətində zəruri addımlar atılıb".

“Report”un məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.

Onun sözlərinə görə,istehsalat prosesi zamanı tullantı qismində ayırılan civə dünya təcrübəsində ya torpağa basdırılır,  ya da təkrar istehsalda istifadə edilir: “Birinci üsul dünyada daha geniş yayılsa da, insan sağlamlığına təhlükə yaradır və torpaqların çirkləndirilməsi ilə nəticələnir. Civənin təkrar istifadəyə yönləndirilməsi üçün satışı isə ekoloji cəhətdən daha səmərəli həll yolu olaraq çoxsaylı icazələrin alınması, təhlükəsiz daşınma şərtlərinin təmin edilməsi, qeyri-leqal fəaliyyət predmeti olmamaqla, sırf istehsalda istifadə edilməsi üçün müvafiq təminatın verilməsi kimi müxtəlif tələblərlə müşayiət edilir". 

Z. İbrahimov qeyd edib ki, ekoloji və sosial məsuliyyətin “AzerGold” QSC-nin prioritetlərindən olduğunu nəzərə alaraq, QSC daha mürəkkəb yolu seçməklə civənin təkrar emalda istifadəsinə yönləndirib: "Nəticədə istehsalat prosesində tullantı qismində ayırılan 1 163 kiloqram həcmində civə partiyası çoxsaylı mürəkkəb prosedurları keçərək Sinqapura uğurla ixrac olunub. Bununla da Cəmiyyətimiz həm ətraf mühitin mühafizəsinə öz töhfəsini verir, həm də ixracdan əlavə mənfəət əldə edir. Beləliklə, ölkədən civənin ixracı bu prosesi beynəlxalq səviyyədə tənzimləyən, beynəlxalq Minamata Konvensiyasının tələbləri nəzərə alınmaqla ilk dəfə olaraq reallaşdırılıb".

Son xəbərlər

Orphus sistemi