“Volkswagen” Almaniyadakı əsas zavodunda istehsalı müvəqqəti dayandıracaq
Sənaye
- 26 dekabr, 2022
- 22:54
“Volkswagen Group” 2023-cü ilin yanvarında Almaniyanın Volfsburq şəhərindəki əsas zavodunda istehsalı müvəqqəti dayandıracaq.
“Report” xəbər verir ki, bu barədə “Volkswagen Passenger”in rəhbəri Tomas Şefer məlumat verib.
Onun sözlərinə görə, istehsalın dayandırılmasına səbəb tədarük zəncirində yaranmış problemlərdir: “Ona görə də şirkətin əsas zavodu hazırda istehsal gücünün yarıdan azını istifadə edir”.
Xatırladaq ki, dekabrın əvvəlində T.Şefer bildirmişdi ki, Volfsburqdakı zavodda ildə 400 mindən az avtomobil istehsal olunur ki, bu da onun istehsal gücünün 50 %-ni belə təşkil etmir.
“Volkswagen”in bu zavodunda 60 minə yaxın işçi çalışır.
Son xəbərlər
05:15
"Economist" Qrenlandiya məsələsində Aİ-nin ABŞ-ni sıxışdıra biləcəyi zəif nöqtələri göstərib
Digər ölkələr04:40
ABŞ ordusuna hipersəs silahının verilməsi gecikir
Digər ölkələr04:12
Avstriyada qar uçqunları nəticəsində ölənlərin sayı səkkizə çatıb - YENİLƏNİB
Digər ölkələr03:34
"Bloomberg": ABŞ Sülh Şurasına üzvlük üçün 1 milyard dollar tələb edib
Digər ölkələr03:11
Berlində II Bundesliqa oyunundan əvvəl baş verən qarşıdurmada 50-dən çox insan yaralanıb
Futbol02:46
Kallas ABŞ-ni Qrenlandiya məsələsi ilə diqqəti Ukraynadan yayındırmamağa çağırıb
Digər ölkələr02:37
Video
Qərbi Azərbaycan Xronikası: Xalçalar üzərindən oxunan deportasiya yaddaşı
Daxili siyasət02:09
Mask "OpenAI" və "Microsoft"dan 134 milyard dollara qədər kompensasiya tələb edib
Biznes01:37