“Tesla” keçmiş əməkdaşından 167 mln. dollar təzminat istəyəcək

“Tesla” keçmiş əməkdaşından 167 mln. dollar təzminat istəyəcək Bakı. 12 dekabr. REPORT.AZ/ ABŞ-ın elektromobil istehsalçısı “Tesla” şirkəti keçmiş mühəndis-texnoloqu Martin Trippdən 167 mln. ABŞ dolları təzminat almağa qərar verib.
Sənaye
12 Dekabr , 2018 10:39
“Tesla” keçmiş əməkdaşından 167 mln. dollar təzminat istəyəcək

Bakı. 12 dekabr. REPORT.AZ/ ABŞ-ın elektromobil istehsalçısı “Tesla” şirkəti keçmiş mühəndis-texnoloqu Martin Trippdən 167 mln. ABŞ dolları təzminat almağa qərar verib.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

"Tesla" iddia edir ki, M.Trippin şirkət haqqında jurnalistlərə səhv məlumatlar verib. Bu da “Tesla”nın səhmlərini ucuzlaşdırıb. M.Trippin vəkili isə bu ittihamları absurd hesab edir. 

Son xəbərlər

Orphus sistemi