Sumqayıtda silindrik pəstah istehsalına başlanılıb

Sənaye
  • 12 noyabr, 2019
  • 08:17
Sumqayıtda silindrik pəstah istehsalına başlanılıb

"Azərbaycan Sənaye Korporasiyası" ASC-yə (ASK) məxsus “Azəralüminium” MMC "Sumqayıt Texnologiyalar Parkı" MMC-nin (STP) ərazisində alüminium xəlitələrdən silindrik pəstah istehsalına başlayıb.

"Report" bu barədə ASK-ya istinadən xəbər verir. 

Məlumata görə, bu, Korporasiya və ASK arasında əməkdaşlıq nəticəsində mümkün olub. 

Həmin məhsulların sınaq partiyasının müasir dünya standartlarının tələblərinə uyğunluğu avropalı mütəxəssislər tərəfindən təsdiq edildikdən sonra, ümumilikdə 6 000 ton məhsul istehsala buraxılıb və bundan 12 milyon ABŞ dolları dəyərində olan 5 700 ton məhsul Avropa bazarlarına ixrac edilib. Müəssisənin tarixində ilk dəfə olaraq, ABŞ-a 2100 ton məhsul ixrac edilib.

2020-ci ildə ABŞ-a 33 milyon dollar dəyərində alüminium məhsullarının satışı üzrə müqavilələr bağlanıb.

44 filmi