Sumqayıt Kimya Sənaye Parkında yeni rezident - “Azərsulfat” MMC qeydiyyata alınıb və artıq Sənaye Parkının rezidentlərinin sayı 23-ə çatıb.
Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Azərsulfat” MMC Sənaye Parkının ərazisində qabaqcıl texnologiyaların tətbiqi ilə sulfat turşusu istehsalı zavodu inşa edəcək. Layihənin investisiya dəyəri 10 milyon manatdan çoxdur.
Müəssisədə 30-dan çox daimi iş yeri yaradılacaq.
İstehsal olunacaq sulfat turşusu daxili bazarın tələbatını ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə də ixrac ediləcək.
Xatırladaq ki, Sumqayıt Kimya Sənaye Parkının ümumi investisiya qoyuluşu portfeli 3,1 milyard ABŞ dolları məbləğində qiymətləndirilir. Real kapital qoyuluşu isə 2,8 milyard ABŞ dollarıdır.