Sumqayıt Kimya Sənaye Parkına daha 245 milyon dollar pul qoyulacaq

Sumqayıt Kimya Sənaye Parkına daha 245 milyon dollar pul qoyulacaq İqtisadiyyat Nazirliyinin Sumqayıt Kimya Sənaye Parkına (SKSP) indiyə qədər 2,9 milyard ABŞ dolları investisiya yatırılıb və növbəti mərhələdə daha 245 milyon ABŞ dolları pul qoyulması nəzərdə tutulur.
Sənaye
24 Avqust , 2020 15:44
Sumqayıt Kimya Sənaye Parkına daha 245 milyon dollar pul qoyulacaq

İqtisadiyyat Nazirliyinin Sumqayıt Kimya Sənaye Parkına (SKSP) indiyə qədər 2,9 milyard ABŞ dolları investisiya yatırılıb və növbəti mərhələdə daha 245 milyon ABŞ dolları pul qoyulması nəzərdə tutulur.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, indiyə qədər Parkın rezidentləri ümumilikdə 1,9 milyard manatlıq satış həyata keçirib. Bunun isə 610 milyon manatlıq hissəsi və yaxud təqribən 32%-i ixracın payına düşür.

Bu ilin sonuna qədər Sumqayıt Kimya Sənaye Parkında daha 2 müəssisənin - "Termoformasiya metodu ilə vərəqə şüşə istehsalı" layihəsi üzrə “AzerFloat” QSC və "Qurğuşun turşulu akkumulyator batareyalarının utilizasiyası" layihəsi üzrə “Azmonbat” MMC-nin istehsala başlaması planlaşdırılır.

Sumqayıt Kimya Sənaye Parkında 5 500-dən artıq insan daimi işlə təmin olunub və gələcəkdə işçi sayının 6 000 nəfərə çatdırılması nəzərdə tutulur.

Ölkə Prezidentinin 21 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılmış Sumqayıt Kimya Sənaye Parkı Cənubi Qafqazın ən böyük sənaye parkıdır. Sənaye Parkının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar. Bundan başqa, sənaye parklarında dövlət vəsaitləri hesabına müasir infrastruktur yaradılır, bununla da, sahibkarların vəsaitlərini investisiya qoyuluşuna yönəltmələri təmin edilir.

Son xəbərlər

Orphus sistemi