Söyüdlü sakinləri Gədəbəydə filiz emalı qurğusunun yenidən işə başlamasını istəyib

Söyüdlü sakinləri Gədəbəydə filiz emalı qurğusunun yenidən işə başlamasını istəyib Söyüdlü kəndinin sakinləri iyulun 31-də Böyük Britaniyanın “Anglo Asian Mining PLC” şirkəti tərəfindən Gədəbəy müqavilə sahəsində (Azərbaycanın qərbində) fəaliyyəti dayandırılan flotasiya üsulu ilə filiz emalı qurğusunun yenidən işə başlamasını istəyiblər
Sənaye
28 Sentyabr , 2023 13:57
Söyüdlü sakinləri Gədəbəydə filiz emalı qurğusunun yenidən işə başlamasını istəyib

Söyüdlü kəndinin sakinləri iyulun 31-də Böyük Britaniyanın “Anglo Asian Mining PLC” şirkəti tərəfindən Gədəbəy müqavilə sahəsində (Azərbaycanın qərbində) fəaliyyəti dayandırılan flotasiya üsulu ilə filiz emalı qurğusunun yenidən işə başlamasını istəyiblər.

"Report"un Söyüdlü kəndinə ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə Söyüdlü kəndində tullantıxana sahəsində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılmış Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin "Micon" beynəlxalq monitorinq şirkətinin Söyüdlü kəndində tullantıxana sahəsində apardığı monitorinqin nəticələrinin təqdimatı ilə bağlı kənd sakinləri ilə keçirilən görüşdə bildirilib.

Görüşdə sakinlər monitorinqin təşkili ilə bağlı Azərbaycan Prezidentinə təşəkkürünü bildirib, "Micon" şirkətinin tövsiyələri ilə bağlı razılıqlarını bildiriblər.

Sakinlər kəndin sosial vəziyyəti ilə bağlı bir sıra təkliflərini də səsləndiriblər.

Komissiyanın sədri Muxtar Babayev bütün müraciətləri dinləyib, səsləndirilən təklifləri qeyd edib, bəzilərini aidiyyəti üzrə yönəldiləcəyinə söz verib.

Qeyd edək ki, "Micon" şirkəti Azərbaycan hökumətinin tapşırığı və "İqlim" Azərbaycan ekoloji şirkətinin dəstəyi ilə Gədəbəydə filiz hasilatı və emalı obyektlərinin tam ekoloji inspeksiyasını keçirib. Bundan əlavə, şirkət “Azecolab" laboratoriyasında təhlil ediləcək ətraf mühit nümunələrinin dublikatlarının götürürlməsi üçün “Azecolab” şirklətini cəlb edib.

Şirkətin məlumatına görə, flotasiya qurğusunun müvəqqəti dayanması avqust ayında mis istehsalının təxminən 400 ton mis və qızıl istehsalının 300 unsiya azalmasına səbəb olacaq.

“Anglo Asian Mining PLC” flotasiya qurğusunun işinin 2024-cü ildən tez bərpa olmayacağını ehtimal edir.

Hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir. “Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin işlənməsinə başlayıb. Bu il “Vejnəli” və “Gilar” yataqlarından hasilata başlanılması planlaşdırılır.

Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanmışdı və 6 yatağın işlənməsini nəzərdə tuturdu. Müqavilədə Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı 49 % təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.

Son xəbərlər

Orphus sistemi