"SOCAR-UNİPER"in Direktorlar Şurasının növbəti yığıncağı keçirilib

"SOCAR-UNİPER"in Direktorlar Şurasının növbəti yığıncağı keçirilib Yeni Buxar Turbogenerator qurğusunun tikintisi ilə bağlı birgə müəssisənin apardığı işlər haqqında hesabatı dinlənilib
Sənaye
9 Fevral , 2017 17:42
SOCAR-UNİPERin Direktorlar Şurasının növbəti yığıncağı keçirilib

Bakı. 9 fevral. REPORT.AZ/ “Azərikimya” İstehsalat Birliyində SOCAR-ın baş ofisinin və Almaniyanın UNİPER şirkətinin nümayəndələrinin iştirakı ilə “SOCAR-UNİPER” MMC birgə müəssisəsinin Direktorlar Şurasının IV yığıncağı keçirilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, yığıncaqda Etilen-Polietilen Zavodunun Buxar-Generator Kompleksinin enerji effektliyinin artırılması məqsədi ilə inşa olunacaq yeni Buxar Turbogenerator qurğusunun tikintisi ilə bağlı birgə müəssisənin apardığı işlər haqqında hesabatı dinlənilib, qarşıda duran məsələlər müzakirə olunub. 

Yığıncaq iştirakçıları və Sumqayıtda səfərdə olan Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab Etilen-Polietilen Zavodunda olublar. Qonaqlara “EP-300” qurğusunda icra olunan modernizasiya işləri, o cümlədən Buxar-Generator Kompleksinin enerji effektliyinin artırılması məqsədi ilə inşa olunacaq yeni Buxar Turbogenerator qurğusunun tikinti işləri ilə bağlı ətraflı məlumat verilib.

Son xəbərlər

Orphus sistemi