Rusiya zavodu Bakı Metropoliteni üçün təkər cütləri istehsalına başlayıb

Rusiya zavodu Bakı Metropoliteni üçün təkər cütləri istehsalına başlayıb Rusiyadakı Oktyabr Elektrik Vaqon Təmiri Zavodu (“Transmaşholdinq” ASC-nin tərkibinə daxildir) Bakı Metropoliteni üçün təkər cütləri istehsalına başlayıb.
Sənaye
31 Yanvar , 2020 13:14
Rusiya zavodu Bakı Metropoliteni üçün təkər cütləri istehsalına başlayıb

Rusiyadakı Oktyabr Elektrik Vaqon Təmiri Zavodu (“Transmaşholdinq” ASC-nin tərkibinə daxildir) Bakı Metropoliteni üçün təkər cütləri istehsalına başlayıb.

“Report” “Metallosnabjenie i sbıt” onlayn jurnalına istinadən xəbər verir ki, bu barədə “Transmaşholdinq”in Xarici Əlaqələr İdarəsindən məlumat verilib.

On altı təkər cütü istehsalı üzrə müqavilə bu il yanvarın 10-da imzalanıb.

Zavod Bakı Metropolitenində istifadə olunan 81-717 / 714 tipli metro vaqonları üçün təkər cütlərini üç ay ərzində istehsal etməlidir.

Təkər cütlərinin istehsalına hazırlıq məqsədilə zavodda dizayn sənədləri hazırlanıb, texnoloji zəncirdə dəyişiklik edilib, lazımi avadanlıq alınıb və personala əlavə təlim keçirilib.

Hazır təkər cütləri zavodda ultrasəs, maqnit hissəciyi və elektromqanit dözümlülük sınaqlarından keçir, bunun sayəsində də istehlakçıya yüksək keyfiyyətli məhsul almaq zəmanəti verilir.

Son xəbərlər

Orphus sistemi