Qafqaz və Xəzər regionunun iri sement zavodu ötən ili cüzi mənfəətlə başa vurub

Qafqaz və Xəzər regionunun iri sement zavodu ötən ili cüzi mənfəətlə başa vurub Bakı. 26 iyul. REPORT.AZ/ Qafqaz və Xəzər regionunun ən iri sement istehsalçısı olan “Norm” MMC-nin (Qızıldaş Sement Zavodu) cəmi aktivləri bu il y...
Sənaye
26 İyul , 2017 16:37
Qafqaz və Xəzər regionunun iri sement zavodu ötən ili cüzi mənfəətlə başa vurub

Bakı. 26 iyul. REPORT.AZ/ Qafqaz və Xəzər regionunun ən iri sement istehsalçısı olan “Norm” MMC-nin (Qızıldaş Sement Zavodu) cəmi aktivləri bu il yanvarın 1-nə 239,934 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 11% azdır.

2016-cı ildə şirkətin cəmi kapitalı 3,8% artaraq 113,198 mln. manata, o cümlədən nizamnamə kapitalı 30,2% artaraq 161,962 mln. manata çatıb, cəmi öhdəlikləri isə 21% azalaraq 126,736 mln. manata düşüb.

Ötən il “Norm”un məhsul satışından gəliri 85,992 mln. manat (əvvəlki ilə nisbətən 15,2% az), satışının maya dəyəri 62,551 mln. manat (5,8% çox), ümumi, inzibati, çatdırılma, satış və marketinq xərcləri 12,146 mln. manat (49,7% az), maliyyə xərci 8,955 mln. manat (20% az), xarici valyuta mövqeyinin qiymətləndirilməsi üzrə zərəri 9,385 mln. manat (79,2% az), uzunmüddətli kreditor borcların diskontlaşdırılması üzrə zərəri isə 4,25 mln. manat (2015-ci ildə mənfəət olub) təşkil edib. Son nəticədə şirkətin vergidənəvvəli mənfəəti 1,357 mln. manat olub. Bunun isə 1,055 mln. manatı mənfəət vergisi kimi ödənilib.

Bununla da, “Norm” 2016-cı ili 302 min manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2015-ci ildən 29,428 mln. manat xalis zərərlə çıxıb.

Xatırladaq ki, Qızıldaş Sement Zavodu 2014-cü ildən fəaliyyət göstərir. 

Son xəbərlər

Orphus sistemi