Nazir müavini: "Azərbaycan və Çin avtomobil şinlərinin birgə istehsalı ilə bağlı danışıqlar aparır"

Nazir müavini: "Azərbaycan və Çin avtomobil şinlərinin birgə istehsalı ilə bağlı danışıqlar aparır" Azərbaycan və Çin birlikdə avtomobil şini istehsal edə bilər.
Sənaye
14 İyun , 2019 11:24
Nazir müavini: Azərbaycan və Çin avtomobil şinlərinin birgə istehsalı ilə bağlı danışıqlar aparır

Azərbaycan və Çin birlikdə avtomobil şini istehsal edə bilər. 

Bu barədə “Report”a İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bildirib. 

Onun sözlərinə görə, bununla bağlı tərəflər danışıqlar aparır: "Birgə istehsalın təşkil edilməsinə dair danışıqlar ilkin mərhələdədir. Texniki-iqtisadi əsaslandırma aparılır. Bundan sonra lazım olan investisiyanın məbləği dəqiqləşəcək". 

Xatrladaq ki, 2017-ci ildə "Azərbaycan İnvestisiya Şirkəti" ASC və Çinin "Çin Milli Elektrik Mühəndisliyi Ko. Ltd" (CNEEC) şirkəti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Azərbaycanda avtomobil şin istehsalı zavodunun tikintisinə sərmayələr 300 mln dollar məbləğində gözlənilir. Layihədə pay iştirakı CNEEC – 90%, Azərbaycan İnvestisiya Şirkəti – 10% nəzərdə tutulur.

Zavodun istehsal gücü illik 3,3 mln avtomobil şin təşkil edəcək. Bunlardan 3 mln-u minik avtomobili, 300 mini yük avtomobili üçün nəzərdə tutulur. 

Xatırladaq ki, 2018-ci ildə Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin dəyəri 1,3 milyard ABŞ dolları təşkil edib. Çinin Cənubi Qafqaz ölkələri ilə ticarətinin təqribən 43%-i Azərbaycanın payına düşür. Azərbaycanda 120-ə yaxın Çin kapitallı şirkət fəaliyyət göstərir. Çin şirkətləri Azərbaycana 800 milyon dollardan çox investisiya qoyub.

Son xəbərlər

Orphus sistemi