Naxçıvan Muxtar Respublikasında ÜDM-in istehsalı artıb

Naxçıvan Muxtar Respublikasında ÜDM-in istehsalı artıb Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsulun istehsalı artıb.
Sənaye
20 May , 2019 22:48
Naxçıvan Muxtar Respublikasında ÜDM-in istehsalı artıb

Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsulun istehsalı artıb.

"Report" Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, muxtar respublikada 2019-cu ilin yanvar-aprel aylarında 727 milyon 919 min 600 manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur.

Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz artaraq 1594,6 manata çatıb.

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 330 milyon 716 min manat dəyərində məhsul istehsal edilmişdir. Bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,4 faiz çoxdur.

Son xəbərlər

Orphus sistemi