İtaliya şirkətləri Azərbaycanın polad istehsalına maraq göstərir

İtaliya şirkətləri Azərbaycanın polad istehsalına maraq göstərir Bakı. 10 noyabr. REPORT.AZ/ İtaliyadan olan iş adamları Azərbaycanda polad istehsalında iştirak etməkdə maraqlıdırlar.
Sənaye
10 Noyabr , 2017 17:03
İtaliya şirkətləri Azərbaycanın polad istehsalına maraq göstərir
İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari / Report/ Orkhan Azim

Bakı. 10 noyabr. REPORT.AZ/ İtaliyadan olan iş adamları Azərbaycanda polad istehsalında iştirak etməkdə maraqlıdırlar.

“Report”un verdiyi xəbərə görə, bu barədə İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevlə görüşü zamanı bildirib. Ölkələr arasında əməkdaşlığın enerji, ticarət, qarşılıqlı investisiya qoyuluşu, mədəniyyət, turizm və digər sahələrdə daha da inkişaf etdirilməsinin önəmini qeyd edən səfir Azərbaycanda investisiya yatırmaqda maraqlı olan İtaliya şirkətlərinin olduğunu qeyd edib.

A.Massari qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi üçün geniş imkanlar olduğunu vurğulayıb.

Görüşdə qeyd olunub ki, gələcəkdə iki ölkə arasında qeyri-neft sektorunun müxtəlif sahələrində əməkdaşlıq imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Yaxın müddətdə Azərbaycan və İtaliya iş adamları birgə kiçik və orta sahibkarlığın inkişafı istiqamətində layihələr icra edərsə, bu, Azərbaycanda özəl sektorun inkişafına müsbət təsir göstərər.

Görüşdə qeyri-neft sektorunun müxtəlif sahələrində sərmayə qoyuluşu və əməkdaşlıqla bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi