İspaniyada avtomobil sektoru rekord həddə tənəzzülə uğrayıb
Sənaye
- 25 may, 2020
- 13:49
İspaniyada avtomobil istehsalı və ixracatı aprel ayında tarixi minimuma enib.
“Report” xəbər verir ki, İspaniya Avtomobil və Yük Maşınları İstehsalçıları Asosiasiyasının (ANFAC) dərc etdirdiyi məlumata görə, bu ilin aprel ayında ixracat həcmi ötən ilin müvafiq dövrünə nisbətən 98 faiz azalaraq 3 753-dək geriləyib.
Hesabat dövründə istehsal həcmi də ötən ilin müvafiq dövrünə nisbətən 97,8 faiz azalaraq 4 844 ədəd olub. Bu ilin dörd ayı ərzində isə 652 057 avtomobil istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 33,6 faiz azdır.
Qeyd edək ki, İspaniyada yüksək hazırlıq rejimi tətbiq edildiyi mart ayının ortalarından avtomobil müəsssisələri fəaliyyəti dayandıraraq bəziləri aprel ayının sonundan qismən istehsalı bərpa ediblər.
Son xəbərlər
23:18
Narendra Modi İranın Qətərə hücumunu pisləyib
Digər ölkələr23:12
Deputat: Əməkhaqlarının tənzimlənməsi ilə əlaqədar fərmanların məqsədi sistemin daha sadə və vahid qaydalar əsasında qurmaqdan ibarətdir
Daxili siyasət23:00
Foto
Gəncədə simfonik orkestrin konserti keçirilib
Mədəniyyət22:50
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Hadisə22:49
Dövlət sektorunda əmək haqlarının tənzimlənməsi ilə bağlı fərmanlar imzalanıb
Daxili siyasət22:37
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub
Fərdi22:26
KİV: Çak Norris Havayda xəstəxanaya yerləşdirilib
Şou-biznes22:19
Azərbaycanın Macarıstandakı səfirliyi bayram günlərində təxirəsalınmaz konsulluq dəstəyi göstərəcək
Xarici siyasət22:18