Bakı. 10 mart. REPORT.AZ/ “AzSERT” idarəetmə sistemlərinin sertifikatlaşdırılması orqanı İSO standartları əsasında idarəetmə sistemlərinə olan tələblər üzrə təlimlər keçirəcək.
“Report” Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, təlimlərin İSO 9001:2008 “Keyfiyyəti idarəetmə sisteminə ümumi tələblər”,İSO 22000:2005 “Qida təhlükəsizliyi idarəetmə sisteminə ümumi tələblər”,İSO 17025:2005 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər”,İSO 14001:2004 “Ətraf mühitin idarəetmə sistemi” standartının ümumi tələbləri,OHSAS 18001:2007 “Əməyin mühafizəsinin idarəetmə sistemi” standartının ümumi tələbləri, və İSO/IEC 27001:2013 “İnformasiya təhlükəsizliyinin idarəetmə sistemi” standartının ümumi tələbləri mövzusunda keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, yuxarıda qeyd olunan standartların mövzuları müasir dövrdə inkişaf etmiş ölkələrin məşğul olduğu prioritet məsələlərdir. İstehsal və idxal olunan məhsulların standartların və normativ sənədlərin nəzərdə tutulan tələblərinə uyğunluğu İSO standartları əsasında akkreditasiya edilmiş laboratoriyalar və idarəetmə sistemlərinin sertifikatlaşdırılması üzrə orqanlar tərəfindən müəyyən edilir.