Yuxarı

​İran Şərqi Azərbaycan əyalətində polad istehsalını artırır

Ölkə 2020-ci ilədək istehsal gücünü ildə 21 mln. tona çatdırmaq niyyətindədir

Bakı. 28 may. REPORT.AZ/ İran polad istehsalını genişləndirir və 2020-ci ilədək istehsal gücünü ildə 21 milyon tona çatdırmaq niyyətindədir.

"Report" xəbər verir ki, əsas istehsal gücü Şərqi Azərbaycan əyalətində yerləşəcək.

Məlumata görə, yerli hökumət tikinti üçün 625 mln. dollar həcmində investisiya cəlb edəcək. Layihələrin reallaşdırılması sayəsində əyalətdə təqribən 8 minə yaxın iş yeri açılacaq.

Hazırda Şərqi Azərbaycanda ümumi istehsal gücü ildə 6 mln. ton polad olan 20 zavod mövcuddur.

Yeni zavodlar, əsasən dairəvi mil, guşə və başlıq istehsal edəcək və Təbriz, Bonabe və Azer Şaredə yerləşəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi