Heydər Əliyevin 100 illiyi münasibətilə xalça kolleksiyası hazırlanıb

Heydər Əliyevin 100 illiyi münasibətilə xalça kolleksiyası hazırlanıb "Azərxalça" ASC Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə 100 ədəd xalçadan ibarət məhdud kolleksiya hazırlayıb.
Sənaye
6 Dekabr , 2023 15:05
Heydər Əliyevin 100 illiyi münasibətilə xalça kolleksiyası hazırlanıb
Heydər Əliyev

"Azərxalça" ASC Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə 100 ədəd xalçadan ibarət məhdud kolleksiya hazırlayıb.

"Report" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu barədə səhmdar cəmiyyətinin Müşahidə Şurasının iclasında məlumat verilib. Şuranın sədri, nazir müavini Səməd Bəşirlinin sədrliyi ilə baş tutmuş iclasda çeşnələrin yeni dizaynda təqdim olunması təqdir edilib, usta toxucuların hazırladığı unikal eksponatların ölkəmizin xalçaçılıq ənənələrinin qorunması və təbliği baxımından önəm kəsb etdiyi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi