"Gəncə Avtomobil Zavodu" Azərbaycanın avtobus və elektrobuslara olan tələbatını ödəmək istəyir

"Gəncə Avtomobil Zavodu" Azərbaycanın avtobus və elektrobuslara olan tələbatını ödəmək istəyir “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi (İB) Azərbaycanın bütün şəhər və rayonlarını müasir avtobus və elektrobuslarla təmin etmək gücündədir. Əgər aidiyyatı qurumlardan sifarişlər olarsa müəssisəmiz tələbata uyğun, istənilən modeldə avtobusların yığımını həyata keçirə bilər”.
Sənaye
23 Yanvar , 2020 14:33
Gəncə Avtomobil Zavodu Azərbaycanın avtobus və elektrobuslara olan tələbatını ödəmək istəyir

“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi (İB) Azərbaycanın bütün şəhər və rayonlarını müasir avtobus və elektrobuslarla təmin etmək gücündədir. Əgər aidiyyatı qurumlardan sifarişlər olarsa müəssisəmiz tələbata uyğun, istənilən modeldə avtobusların yığımını həyata keçirə bilər”.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında zavodun Müşahidə Şurasının sədri Xanlar Fətiyev deyib.

“2016-ci ildə ilk dəfə olaraq müəssisədə eksperiment kimi CNG (sıxılmış qaz) mühərrikli avtobus yığıldı və burada Prezident İlham Əliyevə təqdim olundu. Bu avtobuslar həm ümumi qabaritinə görə, həm yanacaq sərfiyatına görə, həm də “Avro-5” ekoloji standartına cavab verdiyinə görə, Bakı, Gəncə, Sumqayıt və digər şəhərlərdə istismar üçün əlverişlidir. 

Dövlət başçısına təqdim etdiyimiz avtobus 279 at gücündə, “Mercedes-Benz” mühərrikinə və “Allison” avtomatik ötürmə sisteminə malik olmaqla 276 m3 sıxılmış metanla (200 atmosfer təzyiqində) 600 km məsafəni təmin edən bir nəqliyyat vasitəsidir. Bu avtobuslarda nominal sərnişin tutumu təxminən 100 nəfər, oturacaqların sayı isə 26-dır. Burada əlillərin arabalarla minmələri və orada dayanmaları üçün xüsusi yerlər nəzərdə tutulub. Bundan başqa bu avtobuslarda sifarişçinin tələbinə uyğun olaraq manitorların quraşdırılması, sürücünün salonla əlaqə yaratması üçün xüsusi kameraların və səs qurğularının quraşdırılması mümkündür”, - X.Fətiyev qeyd edib.

Zavodun rəhbəri həmçinin əlavə edib ki, ötən il Azərbaycanda ilk dəfə olaraq ən son texnologiyalarla təchiz olunmuş “E-321” elektrobuslarının eksperimental yığımları həyata keçirilib: "Bu nəqliyyat vasitələri bu gün bütün dünyada sürətlə tətbiq olunan, elektrik enerjisi ilə işləyən ən müasir avtobuslardır. Elektrobuslar həm ekoloji, həm də yanacağa qənaət baxımından çox sərfəlidir. 83 sərnişin daşıyan avtobuslar 26 oturacaqla, kondisionerlə, həmçinin məlumat monitoru və video nəzarət sistemi ilə təmin olunub. 60 kilometr/saat sürətlə hərəkət edə biləcək elektrobusun akkumulyatoru şəhər rejimində RGZP/G/300KW 600V-EN doldurma stansiyası tərəfindən 6 dəqiqə ərzində tam doldurulur və enerji tam bərpa olunur”. 

Son xəbərlər

Orphus sistemi