Fransanın avtomobil istehsalçıları süni nəfəs aparatlarının istehsalına başlayacaq

Fransanın avtomobil istehsalçıları süni nəfəs aparatlarının istehsalına başlayacaq Fransanın avtomobil istehsalçıları olan “Renault” və “Groupe PSA” (Peugeot Societe Anonyme) şirkətləri koronavirus pandemiyası şəraitində süni nəfəs aparatlarının işlənib hazırlanmasına və istehsalına başlayır.
Sənaye
30 Mart , 2020 12:38
Fransanın avtomobil istehsalçıları süni nəfəs aparatlarının istehsalına başlayacaq

Fransanın avtomobil istehsalçıları olan “Renault” və “Groupe PSA” (Peugeot Societe Anonyme) şirkətləri koronavirus pandemiyası şəraitində süni nəfəs aparatlarının işlənib hazırlanmasına və istehsalına başlayır.

“Report” xəbər verir ki, bu barədə bazar ertəsi “Fransa İnfo” radoistansiyası məlumat yayıb.

Reanimasiyada olan COVID-19 xəstələrinin müalicəsində geniş istifadə olunan bu cür tibbi avadanlıqlara ciddi çatışmazlıq fonunda “Renault”dan artıq bu həftə aparat istehsalına başlanacağı bildirilib. Sənaye avadanlığı hələ hazır olmadığından şirkət aparatın bir sıra hissələrini 3D printerlərdə yaratmalı olacaq. İlk mərhələdə istehsalçı həftədə 350 süni nəfəs aparatı istehsal edəcək.

Enjeksiyon qəlibləmə avadanlığı istifadəyə hazır olan kimi “Renault”da istehsal xətti açılacaq. Eyni zamanda şirkət süni tənəffüs aparatlarının yeni modelini işləyib hazırlamaq niyyətindədir.

“France Info”nun məlumatına görə, PSA korporasiyası da hazırda çox zəruri olan bu cür avadanlıqların istehsalını həyata keçirəcək.

Baş nazir Edouard Philippe, şənbə günü koronavirusla mübarizəyə həsr olunmuş mətbuat konfransında söylədiyi kimi, Fransa reanimasiya şöbələrində yerlərin sayının 5 mindən 10 minə, sonradan isə 14,5 minə çatdırılması üçün aktiv tədbirlər görür. Bu məqsədlə, xüsusən Fransa korporasiyasından Hava mayesindən 1 min havalandırma qurğusunun alınması həyata keçirildi.

Qeyd edək ki, Fransada yeni növ koronavirusa yoluxma hallarının sayı 40 mini, virusdan ölüm hadisələri isə 2,6 mini keçib. Hazırda 19 mindən çox adam xəstəxanalarda müalicə alır ki, onlardan da təxminən 4,6 nəfəri reanimasiyadadır.

Bundan əvvəl məşhur “Dyson” tozsoranların yaradıcısı, britaniyalı milyarder Ceyms Dayson süni nəfəs aparatlarının istehsalı ilə məşğul olacağını açıqlamışdı.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 199 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 724 min nəfərə yaxındır, 34 minə yaxın adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi