“Ford” korporasiyası gələcəkdə avtonom avtomobillərin sahibləri avtomobil üçün krediti ödəmədiyi təqdirdə nəqliyyat vasitələrinin özbaşına avtosalona qayıtmasına imkan verəcək sistemi patentləşdirmək niyyətindədir.
“Report” xəbər verir ki, bu barədə “
Məqalədə qeyd olunub ki, şirkət avtomobil krediti və ya nəqliyyat vasitəsinin lizinq müqaviləsi üzrə ödəniş etməyən sürücünün həyatını mümkün qədər narahat etməyi planlaşdırır. “Çoxaddımlı saxlama proseduru” çərçivəsində avtomobil öz bilgi-əyləncə sistemi vasitəsilə sürücüyə ödənilməmiş balansın ödənilməsini tələb edən siqnallar göndərəcək. Növbəti mərhələdə avtomobil “müəyyən səviyyədə narahatlıq yaratmaq” üçün peyk naviqasiya sistemi, dinamikləri, kondisionerlərini söndürməsi planlaşdırılır.
Şirkətin açıqlamasında bildirilib ki, əgər avtomobilin sahibi bu tədbirlərə məhəl qoymasa, o zaman o, sükan arxasına keçəndə səs sistemi işə düşəcək və bu, “aramsız və xoşagəlməz səs” çıxarmağa başlayacaq.
Gələcəkdə avtomobil, sahibinin istədiyi yerdə sürmə imkanını əngəlləməyə başlayacaq, ancaq ona işə getməyə və qayıtmağa imkan verməyə davam edəcək. Belə bir istisna, sürücünün qazancını itirməməsi və kreditin ödənilməsi ehtimalının daha da aşağı düşməməsi üçün ediləcək.
Əgər avtomobilin sahibi bütün bu sınaqları geridə qoya bilsə və xəbərdarlıqlara məhəl qoymasa, avtomobil özü avtosalona qayıdacaq və ya artıq çox köhnəldiyini hesab edərsə, təkrar emal üçün müvafiq poliqona yola düşəcək.