Yuxarı
    Bağlamaq

    ​EBRD "Holcim (Azerbaijan)"da payını artırır

    Bank payını 20%-ə çatdırmaq niyyətindədir

    Bakı. 21 iyun. REPORT.AZ/ Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanın iri sement və klinker istehsalçısı olan "Holcim (Azerbaijan)" ASC-dəki payını artırmaq imkanlarını nəzərdən keçirir. "Report" xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir.

    EBRD-nin əlavə investisiya qoyuluşunda məqsədi alternativ enerji növlərindən istifadə etməklə müəssisənin enerji effektivliyinin artırılmasıdır.

    Hazırda Bankın "Holcim (Azerbaijan)"dakı payı 10%-dir. Bu rəqəmin 20%-ə çatdırılması nəzərdə tutulub.

    Şirkətin səhmdarları arasında həmçinin İsveçrənin "Holcim" şirkəti (76%) də var. Səhmlərinin 14%-i isə fiziki şəxslərə məxsusdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi