Çində yeni enerji mənbələri ilə işləyən avtomobillərin satışları artıb
Sənaye
- 12 sentyabr, 2020
- 09:53
Çində cari ilin avqust ayında yeni enerji ilə işləyən avtomobillərin (NEV) satışları xeyli artıb.
“Report” Çin Avtomobil İstehsalçıları Asosiasiyasına (CAAM) istinadən xəbər verir ki, ötən ay 109 minədək belə avtomobil satılıb ki, bu da illik hesabla 25,5 faiz artım deməkdi. Hərçənd cari ilin 8 ayı ərzində ölkədə 596 min NEV satılıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 26,4 faiz azdır.
Bütövlükdə tələbatın artması, hökumətin dəstək tədbirləri nəticəsində ölkədə avtomobil bazarının dirçəlməyə davam etdiyi statistik rəqəmlərdən bəlli olur. Belə ki, ötən ay Çində ümumi avtomobil istehsalı 2,12 milyon ədəd, yəni ötən ilin müvafiq dövrünə nisbətən 6,3 faiz çox, avtomobil satışları isə 2,19 milyon ədəd və 11,6 faiz artım olub.
Son xəbərlər
09:48
Azərbaycan neftinin qiyməti 70 dolları ötüb
Energetika09:47
Nazirlər Kabineti mülkiyyət hüquqlarının dövlət qeydiyyatı barədə qərar verib
İnfrastruktur09:47
Azərbaycanlı voleybol hakimi Çempionlar Liqasının oyununu idarə edəcək
Komanda09:43
Göygöldə məktəbdə zəhərlənən 10 şagird xəstəxanadan evə buraxılıb
Hadisə09:43
Novruza özəl yeni "Uduş xonçası" lotereyası satışa çıxıb
Biznes09:40
Krasnodara dron hücumu nəticəsində İlski NEZ-də yanğın olub
Region09:35
XXV Qış Olimpiya Oyunlarında növbəti yarışlar baş tutacaq
Fərdi09:32
Özbəkistan Prezidenti ABŞ-yə işgüzar səfər edəcək
Digər ölkələr09:25