Yuxarı

Cari ildə qızıl istehsalı 14% artıb

​Cari ildə qızıl istehsalı 14% artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 1073,6 kq qızıl istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,0% çoxdur.

Bu il mayın 1-nə 256,5 kq hazır məhsul ehtiyatı yaranıb.

Bundan başqa, bu ilin 4 ayı ərzində ölkədə 1006,5 kq gümüş istehsal edilib ki, bu da illik müqayisədə 15,4% çoxdur.

Bu il mayın 1-nə 299,9 kq hazır məhsul ehtiyatı yaranıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi