Bu il Azərbaycanda istehsal olunan minik avtomobillərinin sayı 430-u ötüb

Bu il Azərbaycanda istehsal olunan minik avtomobillərinin sayı 430-u ötüb Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 69,3 mln. manatlıq məhsul istehsal edilib.
Sənaye
18 May , 2019 11:45
Bu il Azərbaycanda istehsal olunan minik avtomobillərinin sayı 430-u ötüb

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 69,3 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 76,7%, maşın və avadanlıqların istehsalı 12,1%, sair nəqliyyat vasitələrinin istehsalı isə 4,2% artıb.

Dövr ərzində 451 ədəd traktor istehsal edilib ki, bu da 2018-ci ilin ilk rübü ilə müqayisədə 10,7% azdır.

Bu ilin birinci rübündə ölkədə 436 ədəd minik avtomobili istehsal olunub. Bu dövr ərzində ölkədə fəvvarə armaturunun istehsalı 53,7%, ştanqlı quyu nasoslarının istehsalı 30,2%, mancanaq dəzgahlarının istehsalı 9,7% artıb.

Son xəbərlər

Orphus sistemi