Birinci rübdə Azərbaycanda sement istehsalı 22% artıb

Birinci rübdə Azərbaycanda sement istehsalı 22% artıb Bu ilin yanvar-mart aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 8,5% artaraq 121,3 mln. manat təşkil edib.
Sənaye
18 Aprel , 2019 16:57
Birinci rübdə Azərbaycanda sement istehsalı 22% artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 8,5% artaraq 121,3 mln. manat təşkil edib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin üç ayında ölkədə 704,7 min ton sement istehsal edilib ki, bu da əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə 21,6% çoxdur.

Bu ilin yanvar-mart aylarında ölkədə 37,2 min ton asfalt istehsal edilib ki, bu da ötən ilin yanvar-mart ayları ilə müqayisədə 2,1 dəfə çoxdur. Bu ilin yanvar-mart aylarında tikinti kərpicinin istehsalı 60,7% artaraq 94,8 min kubmetr təşkil edib.

Tikinti gipsinin istehsalı 57,3% azalaraq 1,4 min ton olub. Yanvar-mart aylarında tikinti əhənginin istehsalı 47,7% artaraq 10,1 min ton təşkil edib.

Yanvar-mart ayları ərzində sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 33,6 ton olaraq, ötən ilin yanvar-mart ayları ilə müqayisədə 97,5% artıb. Betondan yığma tikinti konstruksiyalarının istehsalı 56,8% azalaraq 9,9 min kubmetr təşkil edib.

Ötən üç ay ərzində ölkədə emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 51,3% artaraq 4 041,3 ton təşkil edib. 

Son xəbərlər

Orphus sistemi