​Bu ilin Naxçıvan MR-də 3926,1 ton daş duz istehsal edilib

​Bu ilin Naxçıvan MR-də 3926,1 ton daş duz istehsal edilib İstehsal olunan duzun 83 faizindən çoxu Bakı və digər regionlarda satışa çıxarılıb
Sənaye
27 Oktyabr , 2015 09:06
​Bu ilin Naxçıvan MR-də 3926,1 ton daş duz istehsal edilib

Bakı. 27 oktyabr. REPORT.AZ/ "Naxçıvan Duz İstehsalı" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) bu ilin 9 ayı ərzində 3926,1 ton daşduz və 1887,8 ton üyüdülmüş duz istehsal edib.

"Report" un məlumatına görə, müəssisə tərəfindən 1348,8 ton daş duz və 2056,7 ton üyüdülmüş duz satılıb.

Qeyd edək ki, keyfiyyət göstəriciləri ilə seçilən Naxçıvan duzunun Azərbaycanın digər regionlarında satışını təmin etmək məqsədilə Bərdə şəhərində baza yaradılıb. Müəssisənin balansındakı yük maşınları ilə duz bazaya daşınır, oradan da sifarişə uyğun ətraf rayonlarda fəaliyyət göstərən ticarət obyektlərinə çatdırılır.

Ümumilikdə, müəssisədə istehsal olunan daşduzun 83,5 faizi, narın duzun isə 71,06 faizi Bakı şəhərində və Azərbaycanın digər regionlarında satışa çıxarılıb.

Son xəbərlər

Orphus sistemi