Bu ilin yanvar-aprel aylarında Bakıda sənaye sahəsində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 13 mlrd. manat təşkil edib.
“Report” bu barədə
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə, demək olar ki, eynidir.
Sənaye məhsulunun 81,6%-i mədənçıxarma, 16,2%-i emal, 1,6%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 83,2% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 88,2%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 11,8% təşkil edib.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu ilin tarixinə 245 mln. manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 45,8 mln. manat məbləğində digər məhsullar da mövcud olub.