Azərbaycanda I rübdə 11,5 mlrd. manatlıq sənaye məhsulları istehsal edilib

Azərbaycanda I rübdə 11,5 mlrd. manatlıq sənaye məhsulları istehsal edilib Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-mart aylarında 11,5 mlrd. manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,4% çox sənaye məhsulu istehsal edilib.
Sənaye
16 Aprel , 2019 12:46
Azərbaycanda I rübdə 11,5 mlrd. manatlıq sənaye məhsulları istehsal edilib

Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ilin yanvar-mart aylarında 11,5 mlrd. manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,4% çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən “Report”a verilən məlumata görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,6% artıb.

Sənaye məhsulunun 71,7%-i mədənçıxarma sektorunda, 22,9%-i emal sektorunda, 4,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda neft hasilatı 0,4 faiz, əmtəəlik qaz hasilatı isə 36% artıb.

Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 85,6%, içkilərin istehsalı 78,8%, ağacın emalı və ağacdan məmulatların istehsalı 72,4%, toxuculuq sənayesi məhsullarının istehsalı 61,4%, rezin və plastik kütlə məmulatlarının istehsalı 59,3%, mebel istehsalı 58,7%, əczaçılıq məhsullarının istehsalı 44%, kağız və karton istehsalı 34,6%, kimya sənayesi məhsullarının istehsalı 32,6%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 30%, maşın və avadanlıqların istehsalı 13,2%, tikinti materiallarının istehsalı 8,5%, tütün məmulatlarının istehsalı 7,2%, kompüter, elektron və optik məhsulların istehsalı 5%, poliqrafiya məhsullarının istehsalı 3,3%, sair nəqliyyat vasitələrinin istehsalı 2,6% artıb, metallurgiya sənayesi məhsullarının istehsalı 13,9%, elektrik avadanlıqlarının istehsalı 15%, hazır metal məmulatlarının istehsalı 22,6%, geyim istehsalı 28,9%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı isə 36% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,2%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 9,3% artıb.

Son xəbərlər

Orphus sistemi