Azərbaycanda sənaye istehsalı 2% azalıb - YENİLƏNİB

Azərbaycanda sənaye istehsalı 2% azalıb - YENİLƏNİB Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 18 401,9 milyon manat dəyərindəsənaye məhsuluistehsal edilib.
Sənaye
114
16 İyul , 2020 12:43
Azərbaycanda sənaye istehsalı 2% azalıb - YENİLƏNİB

İlk xəbər saat 16:38-də verilib

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 18 401,9 milyon manat dəyərində sənaye məhsulu istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,5% azdır.

6 aylıq sənaye istehsalının 5 722,5 milyon manatlıq hissəsi qeyri-neft-qaz sənayesinin payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 11,2% çoxdur. 

Sənaye məhsulunun 61,6%-i mədənçıxarma sektorunda, 32,1%-i emal sektorunda, 5,5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,9% azalıb, əmtəəlik qaz hasilatı isə 14,9% artıb.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı  4,6 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 2,2 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 96,1%, kompüter, elektron və optik məhsulların istehsalı 66,6%, sair nəqliyyat vasitələrinin istehsalı 57,2%, ağacın emalı və ağacdan məmulatların istehsalı 37,9%, kağız və karton istehsalı 21,3%, kimya sənayesi məhsullarının istehsalı 20,5%, tütün məmulatlarının istehsalı 16,3%, maşın və avadanlıqların istehsalı 16,2%, geyim istehsalı 6,8%, rezin və plastik kütlə məmulatlarının istehsalı 4,1%, elektrik avadanlıqlarının istehsalı 3,8%, neft məhsullarının istehsalı 0,8% artıb, toxuculuq sənayesi məhsullarının istehsalı 0,5%, qida məhsullarının istehsalı 1,1%, içkilərin istehsalı 3,8%, mebel istehsalı 5,2%, poliqrafiya məhsullarının istehsalı 6,2%, tikinti materiallarının istehsalı 10,4%, hazır metal məmulatlarının istehsalı 13,1%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 36,9%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 44,7% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 12,1%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 0,5% artıb.   

Son xəbərlər

Orphus sistemi