Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 69,3 mln. manatlıq məhsul istehsal edilib.
Dövr ərzində 451 ədəd traktor istehsal edilib ki, bu da 2018-ci ilin ilk rübü ilə müqayisədə 10,7% azdır.
Bu ilin birinci rübündə ölkədə 436 ədəd minik avtomobili istehsal olunub. Bu dövr ərzində ölkədə fəvvarə armaturunun istehsalı 53,7%, ştanqlı quyu nasoslarının istehsalı 30,2%, mancanaq dəzgahlarının istehsalı 9,7% artıb.