Bu il Azərbaycanda asfalt, gips və kərpic istehsalı artıb

Bu il Azərbaycanda asfalt, gips və kərpic istehsalı artıb Bu ilin yanvar-mart aylarında Azərbaycanda tikinti materiallarının istehsalı ümumi dəyəri 141,4 mln manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,8% azalıb
Sənaye
18 Aprel , 2020 11:45
Bu il Azərbaycanda asfalt,  gips və kərpic istehsalı artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda tikinti materiallarının istehsalı ümumi dəyəri 141,4 mln manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,8% azalıb

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin ilk üç ayında ölkədə 683,6 min ton sement istehsal edilib ki, bu da ötən ilin yanvar-mart ayları ilə müqayisədə 3% azdır.

Bu ilin birinci rübündə ölkədə 39,8 min ton asfalt istehsal edilib ki, bu da ötən ilin üç ayı ilə müqayisədə 9,3% çoxdur, tikinti kərpicinin istehsalı isə 1,5% artaraq 101,5 min kubmetr təşkil edib.

Tikinti gipsinin istehsalı 2,8 dəfə artaraq 3,9 min ton olub. Yanvar-mart aylarında tikinti əhənginin istehsalı 29,1% azalaraq 7,3 min ton təşkil edib.

Yanvar-mart ayları ərzində sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 13,5 min ton olaraq, ötən ilin birinci rübü ilə müqayisədə 58,8% azalıb. Betondan yığma tikinti konstruksiyalarının istehsalı da 5,1% azalaraq 9,4 min kubmetr təşkil edib.

Hesabat dövründə ölkədə emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 36,2% azalaraq 2 828,4 ton təşkil edib.

Bu müddət ərzində ölkədə hörmə üçün hazır beton qarışığının istehsalı 5,2% artaraq 308,6 min ton təşkil edib.

Son xəbərlər

Orphus sistemi