Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 53,7 mln. manatlıq məhsul istehsal edilib.
Dövr ərzində 313 ədəd traktor istehsal edilib ki, bu da 2018-ci ilin ilk rübü ilə müqayisədə 30,3% azdır.
Bu ilin birinci rübündə ölkədə 283 ədəd minik avtomobili istehsal olunub. Bu dövr ərzində ölkədə fəvvarə armaturunun istehsalı 46,7%, ştanqlı quyu nasoslarının istehsalı 46,1%, mancanaq dəzgahlarının istehsalı 8,8% artıb.