Bu gün Bakıda yeni əczaçılıq zavodunun təməli qoyulub

Bu gün Bakıda yeni əczaçılıq zavodunun təməli qoyulub Müəssisə Pirallahı Sənaye Parkının ərazisində inşa olunacaq
Sənaye
2 Noyabr , 2016 13:19
Bu gün Bakıda yeni əczaçılıq zavodunun təməli qoyulub

Bakı. 2 noyabr. REPORT.AZ/ Bu gün Bakı şəhərinin Pirallahı Sənaye Parkında Azərbaycan İnvestisiya Şirkəti və Rusiyanın “R-Pharm” şirkətinin iştirakı ilə investisiya dəyəri 74 mln. ABŞ dolları olan əczaçılıq məhsullarının istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib.

“Report”un məlumatına görə, təməlqoyma mərasimində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Aleksandr Tsıbulski və digər rəsmi şəxslər iştirak ediblər.

Təməlqoyma mərasimində "Azərbaycan İnvestisiya Şirkəti" ASC, "Vita-A" MMC və Rusiyanın "R-Pharm" şirkətinə daxil olan "AR-Pharm" MMC arasında "Hayat Pharm" əczaçılıq məhsullarının istehsalı zavodunun yaradılması üzrə Səhmdarlar Sazişi imzalanıb.

Qeyd edək ki, sözügedən zavodda 100-dən çox əczaçılıq məhsulunun istehsal edilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi