Böyük Britaniya şirkəti bu il üçün qızıl və mis qiymətlərini açıqlayıb

Sənaye
  • 26 fevral, 2025
  • 16:49
Böyük Britaniya şirkəti bu il üçün qızıl və mis qiymətlərini açıqlayıb

Böyük Britaniyanın “Anglo Asian Mining PLC” şirkəti (AAM) 2025-ci ildə qızıl və misin qiymətinin artacağını proqnozlaşdırır.

Bu barədə “Report” şirkətə istinadən xəbər verir.

Proqnozu əsasən, 2024-cü ildə qızılın 1 unsiyasının orta qiyməti 2 629 ABŞ dolları təşkil edibsə, 2025-cü ildə bu qiymət 6,5 % çox - 2 800 ABŞ dolları olacaq. 

Ötən il 3 311 ton qızıl ekvivalentində olan misin qiyməti 8 706 ABŞ dolları təşkil edibsə, bu il 3 215 ton qızıl ekvivalentində olan misin qiyməti 9 000 ABŞ dolları olacaq. 

AAM 2025-ci ildə 28-33 min unsiya qızıl və 6 500-6 800 ton mis hasil etməyi planlaşdırır. 2024-cü ildə isə şirkətin qızıl hailatı 12 073 unsiya, mis hasilatı isə 377 unsiya təşkil edib.

Şirkət 2 yataqda hasilat aparır. “Gədəbəy” yatağında ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına isə 2010-cu ildə başlanılıb. “Qoşa” yatağı 2013-cü ilin sentyabr ayından işlənilir. Bu il “Vejnəli” və “Gilar” yataqlarında hasilata başlanması planlaşdırılır.

1997-ci il avqustun 21-də imzalanan Production Sharing Agreement (PSA) tipli müqavilə çərçivəsində 6 yatağın işlənməsi nəzərdə tutulurdu. Müqaviləyə əsasən, Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı isə 49 % təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsində fəaliyyət göstərmək hüququna malikdir. 

44 filmi