Bakının istehlak bazarı 3%-dən çox böyüyüb

Bakının istehlak bazarı 3%-dən çox böyüyüb Bakı. 3 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Bakının istehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 18 702,2 mln. manat təşkil edib.
Sənaye
3 Noyabr , 2018 17:10
Bakının istehlak bazarı 3%-dən çox böyüyüb

Bakı. 3 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Bakının istehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 18 702,2 mln. manat təşkil edib.

“Report”un Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, bu, 2017-ci ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,3% çoxdur.

Satılmış məhsulların və göstərilmiş xidmətlərin 95,8%-i qeyri-dövlət sektoruna məxsus olub, bu bölmə üzrə pərakəndə ticarət dövriyyəsinin və ödənişli xidmətlərin dəyəri əvvəlki ilin eyni səviyyəsini real ifadədə 3,6% üstələyərək 17 918 mln. manata çatıb.

Bu ilin əvvəlindən hüquqi şəxs statuslu müəssisələrdə satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi dəyəri isə illik müqayisədə 18,2% artaraq 6 170,4 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi