Bakı şəhərində sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar bu ilin yanvar-sentyabr aylarında 29,6 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,3% çox sənaye məhsulu istehsal edib.
“Report”un
Mədənçıxarma sektorunda neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,8% azalıb, əmtəəlik qaz hasilatı isə 29,5% artıb.
Əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə emal sektorunda qida məhsullarının istehsalı 27,5%, içkilərin istehsalı 34,2%, tütün məmulatlarının istehsalı 2,4 dəfə, mebeldən başqa ağacın emalı və ağacdan məmulatların istehsalı 2,2 dəfə, kağız və karton istehsalı 75,8%, poliqrafiya fəaliyyəti 12,3%, kimya sənayesi məhsullarının istehsalı 45,3%, rezin və plastik kütlə məmulatlarının istehsalı 6,3%, kompüter, elektron və optik məhsulların istehsalı 24,1%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 14,3%, mebellərin istehsalı 2 dəfə, zərgərlik məmulatları, musiqi alətləri, idman mallarının və tibb avadanlıqlarının istehsalı 20,9%, maşın və avadanlıqlarının quraşdırılması və təmiri işləri 28,9% artıb, toxuculuq sənayesi məhsullarının istehsalı 6,3%, geyim istehsalı 18,5%, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı 47,2%, neft məhsullarının istehsalı 1%, əczaçılıq məhsullarının istehsalı 0,1%, tikinti materiallarının istehsalı 10,9%, metallurgiya sənayesi məhsullarının istehsalı 32,7%, hazır metal məmulatlarının istehsalı 27,9%, elektrik avadanlıqlarının istehsalı 16,6%, maşın və avadanlıqların istehsalı 1,9%, sair nəqliyyat vasitələrinin istehsalı 5,7% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,3% azalıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 8,5% artıb.
İstehsal edilmiş sənaye məhsulunun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu ilin oktyabrın 1-nə 273,2 milyon manatlıq hazır məhsul ehtiyatı olub.