Bakıda sənaye istehsalı 4%-ə yaxın artıb

Bakıda sənaye istehsalı 4%-ə yaxın artıb Bu ilin yanvar-fevral aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,7% artaraq 6,4 mlrd. manat təşkil edib.
Sənaye
3 Aprel , 2019 12:15
Bakıda sənaye istehsalı 4%-ə yaxın artıb

Bu ilin yanvar-fevral aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,7% artaraq 6,4 mlrd. manat təşkil edib.

“Report” bu barədə Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir. 

Məlumata görə, sənaye məhsulunun 82,6%-i mədənçıxarma, 15,1%-i emal, 1,7%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 83,3% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 87%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 13% təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında bu ilin 1 mart vəziyyətinə 274,7 mln. manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 41,5 mln. manat məbləğində digər məhsullar da mövcud olub.

Son xəbərlər

Orphus sistemi