Bakıda sənaye istehsalı 2%-dək azalıb

Bakıda sənaye istehsalı 2%-dək azalıb Sənaye müəssisələrinin anbarlarında 297,9 mln manatlıq hazır məhsul ehtiyatı yaranıb.
Sənaye
26 Avqust , 2020 12:45
Bakıda sənaye istehsalı 2%-dək azalıb

Bu ilin yanvar-iyul aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7% azalaraq 17,2 mlrd manat təşkil edib.

“Report”un Bakı şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, sənaye məhsulunun 74,5%-i mədənçıxarma, 22,6%-i emal, 2,1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 78,5% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 85,4%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 14,6% təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 avqust 2020-ci il vəziyyətinə 297,9 mln manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 87,4 mln manat məbləğində digər məhsullar da mövcud olub.

Son xəbərlər

Orphus sistemi