Bakıda fasad məhsulları istehsal edən zavod istifadəyə verilib

Bakıda fasad məhsulları istehsal edən zavod istifadəyə verilib Zavodun tikintisinə 70 milyon manat sərmayə qoyulub
Sənaye
30 Sentyabr , 2016 19:32
Bakıda fasad məhsulları istehsal edən zavod istifadəyə verilib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Azərbaycanda aparılan sənayeləşmə siyasəti çərçivəsində Bakı şəhəri Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən “Deutsche Fassaden Technologien” (DFT) zavodu bu gün istifadəyə verilib.

“Report” xəbər verir ki, bununla bağlı fasad məhsulları istehsalı ilə məşğul olan zavoda bu gün infotur təşkil olunub.

Zavodun açılış mərasimində çıxış edən DFT-nin baş direktoru Vladimir Zabetski bildirib ki, Alman-Azərbaycan birgə müəssisəsi olan zavod İqtisadiyyat Nazirliyinin dəstəyi ilə yaradılıb. Baş direktorun sözlərinə görə, illik istehsal gücü 60-80 min kv.m olan zavod fasad məhsulları, qapı və pəncərə istehsalı ilə məşğul olur: “Zavodun tikintisinə təqribən 70 milyon manat sərmayə qoyulub. Hazırda zavodda 50 nəfər işçi qüvvəsi çalışır. Gələcəkdə montaj işləri ilə məşğul olmaq üçün daha 200 işçinin işə cəlb edilməsi nəzərdə tutulur”.

“İlkin mərhələdə istehsal olunan məhsullar daxili bazarın tələbatını ödəmək üçün istehsal ediləcək. Gələcəkdə isə zavodun məhsullarını qonşu bazarlara, xüsusu ilə Gürcüstan və İrana ixrac edilməsi nəzərdə tutulur. Zavoda məhsul istehsalı üçün xammal və texnologiyalar Almaniyadan gətirilir” - V.Zabetski deyib.

İstisadiyyat nazirliyinin sənaye şöbəsinin müdiri Səməd Bəşirli vurğulayıb ki, Azərbaycanda tikinti məhsullarının istehsalı daxili bazartələbatının ödənilməsi baxımından olduqca vacibdir: “Eyni zamanda bu sahənin inkişafı iqtisadiyyatın digər istiqamətlərində, o cümlədən plastik maddələrin istehsalı, kimya sənayesi, metallurgiya və s. tələbatın formalaşmasında da mühüm rol oynayacaq.Son illər Azərbaycanda tikinti materiallarının istehsalı sahəsində mühüm işlər görülüb. Ölkədə sement istehsalı gücü artırılıb. Azərbaycan 2014-cü ildə ölkəyə 2 milyon ton semenetin idxalı üçün 100 milyon dollardan çox vəsait ödəyirdi. Keçən il isə sement idxalı 4 dəfədən çox aşağı düşərək, 500 min tondan az olub. Bu ilin səkkiz ayında isə ölkəyə 15 milyon ABŞ dolları məbləğində 320 min ton sement və klinker idxal olunub. Eyni zamanda bu il Azərbaycandan Gürcüstana 100 min ton sement ixracı gerçəkləşdirilib ki, bunun nəticəsində ölkəyə 5 milyon dollar vəsait daxil olub. Azərbaycanda bir sement istehsalının əvəzləşdirilməsi nəticəsində təxminən 100 milyon dollar vəsait daxili bazarda qalıb”.

Onun fikrincə, Azərbaycanda əhəng, gips kimi tikinti materialları sahələrində də istehsal gücləri qurulur: “Hazırda bununla bağlı investisiya təşviqi sənədi alan layihələr var. DFTzavudunada həmçinin investisiya təşviqi sənədi verilib. Eyni zamanda Sahibkarlığa Kömək Milli Fondu xətti ilə kredit verilib. Bu zavodda istehsal ediləcək məhsullar ölkənin tikinti sahəsində müvəfəqiyyətlə istifadə olunacaq”. 

Son xəbərlər

Orphus sistemi