Bakıda 8 ayda yerinə yetirilmiş inşaat işlərinin göstəriciləri açıqlanıb

Bakıda 8 ayda yerinə yetirilmiş inşaat işlərinin göstəriciləri açıqlanıb Bu ilin yanvar-avqust aylarında Bakıda yerinə yetirilmiş ümumi inşaat işlərinin 89,9 %-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
Sənaye
1 Oktyabr , 2024 10:56
Bakıda 8 ayda yerinə yetirilmiş inşaat işlərinin göstəriciləri açıqlanıb

Bu ilin yanvar-avqust aylarında Bakıda yerinə yetirilmiş ümumi inşaat işlərinin 89,9 %-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

Bu barədə “Report”a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bu ilin 8 ayında paytaxtın tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 85,9 %-ini tikinti, yenidənqurma və genişləndirmə, 7,5 %-ini əsaslı təmir, 3,1 %-ini cari təmir, 3,5 %-ini isə sair tikinti işləri təşkil edib.

Hesabat dövründə Azərbaycanda tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 82,3 %-ini tikinti, yenidənqurma və genişləndirmə, 8,4 %-ini əsaslı təmir, 4,8 %-ini cari təmir, 4,5 %-ini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 87,9 %-ini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

Son xəbərlər

Orphus sistemi