“Bakelektro” aktivlərini 2 dəfə artırıb

“Bakelektro” aktivlərini 2 dəfə artırıb Bakı. 18 mart. REPORT.AZ/ “Bakelektro” ASC-nin aktivləri bu il yanvarın 1-nə 17,694 mln. manat təşkil edib.“Report” şirkətin mühasibat balansına is...
Sənaye
18 Mart , 2017 09:53
“Bakelektro” aktivlərini 2 dəfə artırıb

Bakı. 18 mart. REPORT.AZ/ “Bakelektro” ASC-nin aktivləri bu il yanvarın 1-nə 17,694 mln. manat təşkil edib.

“Report” şirkətin mühasibat balansına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə təxminən 2 dəfə çoxdur.

“Bakelektro”nun aktivlərinin 70%-ni və yaxud 12,401 mln. manatını qısamüddətli aktivlər təşkil edib. 2016-cı ildə bu rəqəm 4,6 dəfə böyüyüb. Şirkətin uzunmüddətli aktivləri isə 12,9% azalaraq 5,294 mln. manat olub.

Hesabat dövründə “Bakelektro”nun cəmi öhdəlikləri 2,1 dəfə artaraq 17,485 mln. manat, o cümlədən uzunmüddətli öhdəlikləri 1,6 dəfə artaraq 13,532 mln. manata, qısamüddətli öhdəlikləri isə 49,4 dəfə artaraq 3,953 mln. manata çatıb.

2016-cı ildə şirkətin cəmi kapitalı isə 34,9% azalaraq 209,7 min manat, o cümlədən nizamnamə kapitalı 7,1% azalaraq 61,6 min manata düşüb.

Ötən il “Bakelektro”nun əsas əməliyyat gəliri 27,625 mln. manat (əvvəlki ilə nisbətən 7,9% az), satışının maya dəyəri isə 16,336 mln. manat (16,9% çox) təşkil edib. Son nəticədə şirkətin ümumi mənfəəti 10,789 mln. manat olub ki, bu da illik müqayisədə 32,6% azdır.

2016-cı ildə “Bakelektro” inzibati xərclərə 2015-ci illə müqayisədə 2,5% az – 690,4 min manat, sair əməliyyat xərclərinə isə 41% az – 8,669 mln. manat yönəldib və onun əməliyyat mənfəəti 1,43 mln. manat təşkil edib. Bu da illik müqayisədə 2,4 dəfə çoxdur.

Şirkət bunun 286 min manatını mənfəət vergisi kimi ödəyib və ili 1,144 mln. manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, “Bakelektro” ASC 1998-ci ildə 70 ildən artıq fəaliyyət göstərən “Azərsənayəelektrikquraşdırma” trestinin bazasında yaradılıb. 

Son xəbərlər

Orphus sistemi